“Vətən bölünməz!” adlı onlayn tədbir keçirilib

24/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq, Tarix fakültələri və “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə “Vətən bölünməz!” adlı onlayn tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharisində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, liseyin müəllimi A.Abuşova,  Hüquq fakültəsinin dekanı Əmir Əliyev, IX sinif şagirdi N.İsmayılova, Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Heydər Əliyev adına Mesleki Teknik Anadolu Liseyinin əməkdaşı Oğuzhan Güleç, BDU-nun professorları Azad Rzayev, Nuru Məmmədov, Sevda Süleymanova, Məleykə Bayramova, dosent Boran Əziz, Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədovun məruzələri dinlənilib.

Vətən müharibəsində qazanılan parlaq Qələbə münasibətilə təbrik nitqləri səsləndirilib, ən yeni tariximiz,  Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Qarabağın erməni işğalından azad olunması və beynəlxalq hüquq normalarına zidd əməllərin, cinayətlərin törədilməsi barədə alimlərin çıxışları maraqla qarşılanıb.

Tədbir şagirdlərin hazıladığı videoçarxların nümayişi ilə davam edib.

Sonda Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilmiş “Qarabağ Azərbaycandır!” adlı esse müsabiqəsinin nəticələri elan edilib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026