“Vətən sizə oğlu dedi”

24/05/2018

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tarix fakültəsinin birinci kurs tələbəsi Nərmin Cavadzadənin layihə rəhbəri olduğu “Vətən sizə oğlu dedi” adlı tədbir keçirilib.

THİK-in sədri Daşqın Qənbərov müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təşkil edilən tədbirin önəmindən bəhs edib.

Tədbirdə xalq şairləri, dövlət qulluqçuları, Qarabağ döyüşçüləri və şəhid Emin Bağırovun ailə üzvləri danışıblar.

Sonra BDU tələbələri tərəfindən hazırlanmış kiçik səhnəcik nümayiş etdirilib,  şeirlər dinlənilib, muğam ifaçıları çıxışlar ediblər.

Sonda tədbir iştirakçıları diplomla təltif ediliblər.


Mətbuat və informasiya şöbəsi, 24 may 2018-ci il

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026