Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Bakı Dövlət Universitetində olub

12/09/2017

Bakı Dövlət Universitetində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əvvəlcə qonaqlar universitetin foyesində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Vyetnamın mədəniyyət və tarixini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra tədbirin rəsmi hissəsini açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında qurulan dostluq əlaqələrinin tarixindən, o cümlədən Prezident İlham Əliyevin bu münasibətləri uğurla davam etdirməsindən, son illər dövlət  başçılarının qarşılıqlı səfərlərinin bütün sahələrin inkişafına müsbət təsirindən danışıb. Rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrində Vyetnam universitetləri ilə həyata keçirilən layihələrdən bəhs edərək universitetin vyetnamlı məzunlarla mütəmadi olaraq görüşlər keçirildiyini qeyd edib. Daha sonra Vyetnam universitetləri ilə BDU-nun əlaqələrini əks etdirən video-çarx nümayiş etdirilib.

Xanım Çionq Txi May, öz növbəsində, Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, elm-təhsil istiqamətində həyata keçirilməsi planlaşdırılan layihələrə dəstək olacaqlarından danışıb. Çıxışının sonunda xanım Çionq Txi May BDU-nu bitirmiş vyetnamlı məzunların ölkəsində tanınmış şəxslər olmasına da diqqət çəkib.

 

Mətbuat və informasiya şöbəsi, 12 sentyabr 2017-ci il

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026