Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

19/09/2018

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov bu ali təhsil ocağının 100 illik yubiley ərəfəsində olduğunu deyərək onun tarixi, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Azərbaycan-Vyetnam əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinin önəmli olduğunu bildirib. Belə ki, universitetdə ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə mərkəzlərin olduğunu, vyetnam dili və ədəbiyyatının tədrisi istiqamətində birgə addımların atılmasının da faydalı ola biləcəyini qeyd edib.

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu, öz növbəsində, məzunu olduğu bu ali təhsil ocağında yenidən olmasından məmnunluğunu ifadə edib.  Vyetnamdan 4 minədək məzunun Azərbaycan universitetlərini bitirdiyini, nümayəndə heyətində iştirak edənlərin əksəriyyətinin də BDU məzunu olduqlarını diqqətə çatdırıb.

Görüşdə Vyetnam universitetləri ilə əlaqələrin yaradılması, elm və  təhsil sahəsində  müəllim-tələbə mübadiləsi, Vyetnam dilinin tədrisi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat laboratoriyalarında,  muzeylərində, Hüquq fakültəsində olub, xatirə şəkilləri çəkdiriblər.

 

Mətbuat və informasiya şöbəsi, 19 sentyabr 2018-ci il

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026