Vyetnam prezidenti Bakı Dövlət Universitetini “Dostluq” ordeni ilə təltif edib

27/09/2017

Vyetnamın Vung Tau şəhərində  Azərbaycan - Vyetnam Diplomatik əlaqələrinin yaranmasının 25-illiyinə həsr olunmuş II Dostluq Forumu keçirilib. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan Forumda Vyetnam hökumətinin, Prezident Ofisinin, Kommunist Partiyasının, parlamentin və digər dövlət qurumlarının, o cümlədən Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.

Vyetnam parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış ediblər.

Rektor Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında qurulan dostluq əlaqələrinin tarixindən, Prezident İlham Əliyevin bu münasibətləri uğurla davam etdirməsindən, son illər dövlət  başçılarının qarşılıqlı səfərlərinin bütün sahələrin inkişafına müsbət təsirindən danışıb. Bakı Dövlət Universitetinin 400-dən artıq vyetnamlı məzunu olduğunu bildirən rektor bu məzunların Vyetnamda yüksək vəzifələrdə çalışmalarından qürur hissi keçirdiyini vurğulayıb. O, uzun illər ötməsinə baxmayaraq, vyetnamlı məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq universiteti ziyarət etdiklərini, sonuncu dəfə cari ilin iyulun 13-də vyetnamlı məzunlardan ibarət nümayəndə heyətinin universitetdə olduğunu diqqətə çatdırıb. Abel Məhərrəmov Bakı Dövlət Universitetində təhsil imkanları barədə məlumat verib, Dostluq Forumunun iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

Forumda vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən verilən Vyetnamın “Dostluq” ordeninə layiq görülüb. Vyetnam Dostluq Təşkilatları Birliyi BDU rektorunu qurumun medalı ilə təltif edib.

Səfər çərçivəsində Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Çıonq Tan Şanq, VietSovPetro şirkətinin baş direktoru Thu Thanh Nghia, o cümlədən Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüş keçirilib və belə səfərlərin tarixi əlaqələrinmizin möhkəmlənməsinə və inkişafına xidmət etdiyi vurğulanıb.

Səfər çərçivəsində Xo Şi Min Vyetnam Milli Universitetində də görüş keçirilib və Azərbaycan-Vyetnam ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşün nəticəsi olaraq Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Vyetnam Milli Universitetinin prezidenti Huyn Tan Dat universitetlərarası Anlaşma Memorandumu imzalayıb.

Mətbuat və informasiya şöbəsi, 27 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026