Xalq yazıçısı Çingiz Abdullayevlə BDU tələbələri görüşdü

15/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Gənc İntellektuallar Məktəbi” layihəsi çərçivəsində xalq yazıçısı Çingiz Abdullayevlə onlayn görüş keçirilib.

Görüşü giriş sözü ilə açan BDU THİK sədri Hacıbaba Mustafayev tanınmış yazıçı Çingiz Abdullayevi salamlayıb və ona dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. Tədbirin moderatoru BDU Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev THİK xəttilə keçirilən müxtəlif layihələr, o cümlədən “Gənc İntellektuallar Məktəbi” barədə məlumat verərək, layihənin əsas məqsədinin tələbə-gənclərin intellektual səviyyələrinin yüksəldilməsi olduğunu vurğulayıb. O, görüşün baş tutduğu günün bir neçə əlamətdar hadisə ilə yadda qaldığını, o cümlədən Beynəlxalq kitab bağışlama Günü olduğunu qeyd edib. Məhz belə bir gündə Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevlə Bakı Dövlət Universitetinin birinci kurs tələbələrindən bir qrupunun görüşünün rəmzi məna daşıdığını diqqətə çatdırıb.

Sonra xalq yazıçısı Çingiz Abdullayev öz həyat və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından nümunələr gətirib, bədii ədəbiyyatla bağlı fikirlərini bölüşüb, özünün də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olmasından məmnunluqla bəhs edib. O, gənclərin intellektual inkişaf üçün kitab oxumağın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonda Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026