Xalq-Dövlət-Ordu birliyi milli həmrəyliyimizdir

12/10/2020

Bu gün böyükdən kiçiyə hərkəs şanlı Azərbaycan ordusunun bir daha tarix yazacağına çox əmindir. Bu əminliyin və yüksək etimadın isə təbii olaraq yalnız bir səbəbi var. Ordumuzun gücü. Bildiyimiz kimi, sentyabr ayının 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Çox keçmədən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Qısa bir müddətdə işğal altında olan bir neçə kənd və bir sıra vacib yüksəkliklər azad olunub. Şanlı ordumuz düşmənə ağır zərbələr endirməyə davam edir. Bu anda onu xüsusilə qeyd etmək istəyirəm ki, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Hərbi birləşmələrimiz ən müasir hərbi texnika ilə təchiz olunub. Bu isə balacadan kiçiyə hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Çünki hər bir güclü ölkənin ordusu dövlətin dayağı, xalqın güvənc yeridir. Ordumuzun qüdrətini son illərdəki hərbi əməliyyatlarda sübut edir. Belə ki, Ermənistan tərəfinin son zamanlarda istər mülki obyektlərə, istərsə də mülki vətəndaşlara qarşı törətdiyi mənfur təxribatların qarşısı hər zaman uğurlu əks-hücum əməliyyatları ilə alınmışdır.

Ermənistan rəhbərliyi bu gün Azərbaycan ordusunun gücü qarşısında aciz vəziyyətə düşüb. Belə ki, işğalçı və simasız Ermənistan höküməti xəyanətkarcasına bütün dünyaya Azərbaycanı bu haqlı davasında “günahkar” göstərməyə çalışır və təbii olaraq bunu bacarmadıqları üçün nəticə etibarı ilə utanmadan beynəlxalq ictimaiyyətə yalvarmaqdan belə çəkinmirlər. Lakin bütün bunların əbəs olduğu açıq aşkardır. Çünki dövlət başçımız İlham Əliyevin də dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan ordusu öz haqlı və ədalətli mübarizəsini yalnız erməni təcavüzkar qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarını qeyd şərtsiz tərk etdiyi halda dayandıracaqdır. Hərkəsə məlum olduğu kimi BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 vacib qətnamədə işğalçı qüvvələrin zəbt etdiyi torpaqlardan dərhal çıxarılması tələb olunur. Lakin artıq neçə ildir ki, Ermənistan BMT-nin bu sənədlərini lazımsız bir kağız parçası kimi bir kənara atıb. Bununla belə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri təcavüzkar Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb etmirlər. Xüsusilə qeyd etmək istərdim ki, TŞ-nın 5 üzvündən 3-ü məsələnin birbaşa həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu həmsədrlər isə təəssüf ki, indiyə qədər işğalçı dövlətin cinayətkar əməlləri ilə əlaqədar heç vaxt qəti qərara gələ bilməyiblər. Hətta iyulun 12-də işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən uzun müddət ərzində də ATƏT-in Minsk qrupu yenə öz susqun mövqeyini qorumuşdur. Halbuki bu qurum hadisələrə elə həmin an reaksiya verməli, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçı siyasəti qəti şəkildə pislənməli idi. Bütün bunlar isə açıq-aşkar ATƏT-in Minsk qrupunun məsələnin həllində heç bir rol oynamadığını, passiv, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir. Nəticə etibarı ilə Azərbaycan bu gün öz ədalətli məsələsini özü həll edir.

Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq. Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan!

Elnur Əbilov,

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının müəllimi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024