Xanımlar təltif edildilər

07/03/2011

Bu gün Bakı Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Xanımları təbrik edən rektor, akademik Abel Məhərrəmov son dövrlərdə cəmiyyətdə qadının rolunun çox yüksəldiyini, kişilərlə eyni hüquq və imtiyazlara sahib olduqlarını bildirib. Rektorun sözlərindən məlum olub ki, BDU-da qadınlar aparıcı qüvvə kimi çıxış edir. Professor-müəllim heyətinin, texniki işçilərin, o cümlədən tələbələrin çoxunu xanımlar təşkil edir. Akademik Azərbaycan qadınının səcdəyə layiq olduğunu, onun ən böyük qayğısının vətənə layiqli övladlar yetişdirmək olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin qadınlara göstərdiyi tükənməz qayğı nəticəsində cəmiyyətdə qadının rolunun artdığını, prezident İlham Əliyevin hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni və sair sahələrində fərqlənən xanımları fəxri adlarla təltif etdiyini deyən rektor, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edib.

Sonra universitetin ictimai həyatında fəal mövqelərinə və 8 mart bayramı münasibətilə bir qrup xanım əməkdaş rektor, akademik Abel Məhərrəmovun müvafiq sərəncamı ilə Fəxri fərman, Təşəkkür və pulla mükafatlandırılıb.

Tədbir bayram konserti ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 07 mart 2011-ci il.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026