"Xarici dil kimi urdu dilini öyrənməyin texnikaları" mövzusunda seminar keçirilib

20/07/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə "Xarici dil kimi urdu dilini öyrənməyin texnikaları" mövzusunda onlayn seminar keçirilib.

Şərqşünaslıq fakültəsinin İran Filologiyası kafedrasının müəllimi Eldost İbrahimov "Xarici dil kimi urdu dilini öyrənməyin texnikaları" mövzusunda təqdimatla çıxış edib. Natiq hazırkı dövrdə sərhədlərin önəm daşımadığını, fərdi dil və ünsiyyət bacarıqlarının artıq dünyanın böyüklüyünü təyin etdiyini, bu səbəbdən xarici dil öyrənməyi fərdi və ictimai inkişafın mühüm amili kimi qiymətləndirib.

Çıxışda xarici dil öyrənmənin üsul və vasitələri, induktiv yanaşma, kommunikativ dil tədrisi, verbal faktorlar, elektron resurslar və internetin yaratdığı imkanlardan istifadə,  oxuyub anlama, danışma, dinləyib, yazmaq  metodları, lüğətdən istifadə ilə bağlı ətraflı məlumat verilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan seminar iştirakçıların marağına səbə olub.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026