XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

28/07/2026

Bakı Dövlət Universiteti (BDU) və Tusi-Bohm Planetariumunda VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında 22-23 iyul 2026-cı il tarixlərində keçirilmiş seçmə imtahanının nəticələrinə əsasən, XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA 2026) ölkəmizi təmsil edəcək 5 nəfərlik komandanın üzvləri müəyyənləşib.

Onlar aşağıdakılardır:

Ərtoğrul Məhərrəmli - Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi;

Mehdi Qasımlı - Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi;

Orxan Tağıyev - Bakı şəhəri, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi;

Xalid Ömərli - Bakı şəhəri, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi;

Əlihüseyn Sadıqlı - Bakı şəhəri, Fizika- riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi

Olimpiada sentyabrın 25-dən oktyabr ayının 5-nə kimi Vyetnamın Hanoy şəhərində keçiriləcək.

Azərbaycan komandası hər il olduğu kimi, bu il də nüfuzlu beynəlxalq olimpiadada Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.

BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılıq etdiyi VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

Ölkəmizi nüfuzlu olimpiadada təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026