XİN-in idarə rəisi BDU tələbələri ilə görüşüb

22/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində "Məşhur şərqşünasla görüş" seriyasının növbəti görüşü keçirilib.

Görüşdə qonaq qismində fakültənin 1998-ci il məzunu, fövqəladə və səlahiyyətli səfir, Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Bünyad Hüseynov iştirak edib. O, tələbələrə Azərbaycan şərqşünaslığının və diplomatiyasının qarşısında duran hədəflər barədə məlumat verib, Azərbaycan dövlətinin son illər həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərini açıqlayıb.

Bünyad Hüseynov daha sonra tələbəlik illərini, müəllimlərini xatırlayıb, uğurlu şərqşünas və diplomat olmağın yollarını bölüşüb, tələbələrə daim dövlət maraqlarını yüksək tutmağı, daha çox oxumağı tövsiyə edib.

Fakültə dekanı Aydan Xəndan və İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov tədbirin əhəmiyyətini vurğulayıb, tələbələr üçün belə stimulverici görüşlərin davamlı olmasını arzulayıblar.

Görüşün sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026