XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

26/04/2024

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qonağı təqdim edərək, bu cür görüşlərin tələbə-jurnalistlərin beynəlxalq jurnalistika, xarici siyasət sahələri üzrə praktiki biliklər əldə etmələrində, Azərbaycanın informasiya məkanına qarşı yönələn təhdidlər, dezinformasiyalarla mübarizə yollarını öyrənmələrində mühüm rol oynayacağını bildirib.

Görüşün təşkilinə görə Universitet rəhbərliyinə minnətdarlığını çatdıran Ayxan Hacızadə tələbələrlə ünsiyyətdən məmnunluğunu dilə gətirib. O, XİN-in fəaliyyəti, xarici siyasət kommunikasiyası, rəqəmsal diplomatiya, ictimai diplomatiya, mətbuat xidmətinin iş prinsipləri, böhran vəziyyətlərində kommunikasiya haqqında ətraflı məlumat verib. Ayxan Hacızadə qeyd edib ki, fakültədə yaradılmış maddi-texniki baza jurnalist peşəsinə verilən qiymətin nümunəsidir.

Ayxan Hacızadə XİN tərəfindən təşkil olunan könüllülük proqramlarından da söz açıb, bu cür görüşlərin tələbə-jurnalistlərin gələcək karyeralarında özünəməxsus yer tuta biləcəyini xatırladıb. XİN sözçüsü qeyd edib ki, tələbələr gələcək fəaliyyətlərində istəkləri üzrə xüsusi imtahan mərhələlərindən keçərək, diplomatiya sahəsində işlə təmin oluna bilərlər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026