XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun tələbələri ilə görüşüb

24/04/2025

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri ilə görüşüb.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev mediada ixtisaslaşma sahələri arasında xarici siyasət jurnalistikasının xüsusi çəkiyə malik olduğunu bildirib. O diqqətə çatdırıb ki, gənc jurnalistlərin beynəlxalq aləmdə ölkənin maraqlarını müdafiə edə bilməsi, informasiya müharibəsində düzgün addım atması üçün tələbəlik dövründə belə görüşlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Sonra Ayxan Hacızadə “Xarici siyasətin kommunikasiyası və ictimai diplomatiya” mövzusunda geniş təqdimatla çıxış edib. Azərbaycan xarici siyasət konsepsiyası, bu sahədə kommunikasiya, yerli və xarici jurnalistlərlə işin qurulması, sosial media platformalarında fəaliyyət, rəqəmsal diplomatiya, ictimai diplomatiya, böhran vəziyyətlərində kommunikasiya məsələlərinə toxunan diplomat jurnalistlərin və ixtisasından asılı olmayaraq hər bir şəxsin öncə ölkəmizin mənafeyindən çıxış etməli olduğunu bildirib.

Ayxan Hacızadə həmçinin XİN-in “Diplomatiya könüllüləri” proqramı barəsində də məlumat verib. Gələcəkdə diplomatik istiqamətdə fəaliyyət göstərmək istəyən tələbələri bu proqramda iştirak etməyə dəvət edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, görüş interaktiv sessiya ilə başa çatıb.

Xəbərlər

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
12/02/2026

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
12/02/2026

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək
12/02/2026