XİN-in Mətbuat katibi BDU tələbələri ilə görüşüb

18/05/2018

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Nərgiz Vəliyevanın təşəbbüsü ilə III kurs tələbələrinin Xarici İşlər Nazirliyinin Mətbuat katibi Hikmət Hacıyevlə görüşü keçirilib. XİN-də baş tutan görüş N.Vəliyevanın tədris etdiyi “Beynəlxalq mədəni əlaqələr” fənninin seminar dərsi əsasında təşkil olunub.

Mətbuat katibi Hikmət Hacıyev tələbələri salamlayaraq BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirdiyini, BDU məzunu olmağından hər zaman qürur duyduğunu bildirib. Sonra H.Hacıyev mədəniyyət diplomatiyasının beynəlxalq münasibətlərdə rolu ilə yanaşı,  xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzuları ətrafında çıxış edib.

Sonda tələbələrin çoxsaylı suallarını cavablandırıb, onların Azərbaycanın diplomatik fəaliyyətinə böyük maraqlarının olmasından məmnunluğunu ifadə edib və hər birinə uğurlar arzulayıb.

Qeyd edək ki, görüş çərçivəsində tələbələr Xarici İşlər Nazirliyinin muzeyində olublar.

Mətbuat və informasiya şöbəsi, 18 may 2018-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026