XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov BDU tələbələri ilə görüşüb

30/05/2025

Bakı Dövlət Universitetinin (BDU) "İƏT modeli klubu"nun təşkilatçılığı və "BDU könüllüləri" təşkilatının dəstəyi ilə  "Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından" adlı növbəti görüş keçirilib. Görüşün bu dəfəki qonağı Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov olub.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Elşad İskəndərovun fəaliyyəti haqqında tələbələrə məlumat verib. Prorektor qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvəsi idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir çox tarixi ilkə imza atıb. O, BDU tələbələrini tariximizi dərindən öyrənməyə, daim dövlətçilik ənənələrini qorumağa, ölkəmizin mənafelərini qorumağa çağırıb.

Daha sonra söz qonağa verilib. XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan xalqının tarixində milli kimlik, dövlətçilik və azərbaycançılıq məfkurəsi anlayışlarını elmi və fəlsəfi kontekstdə təhlil edib, bu məfhumların həm keçmişin tarixi yaddaşına əsaslandığını, həm də müasir sosial və mədəni dəyərlərə aid olduğunu vurğulayıb. O qeyd edib ki, milli məfkurə xalqın mədəni, etnik, sosial, əhatə etdiyi coğrafi şüurun tarixi inkişafı və transformasiyası nəticəsində cəmiyyəti müasir milli kimlik və dövlətçilik ideyası ətrafında birləşdirən ideoloji gücə çevrilir.

Görüş zamanı səfir Elşad İskəndərov tərəfindən Azərbaycanın tarixən sivilizasiyaların qovuşduğu bir məkanda yerləşməsi, xalqımızın  həmin sivilizasiyaların dəyərlərindən bəhrələnməsi, eyni zamanda tam fərqli bir etno-sosial qrup kimi formalaşması vurğulanıb. Qonaq bildirib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti situativ bir hadisə və ya kənar qüvvələrin siyasi layihəsi olmayıb, orta əsrlərdən etibarən bu torpaqlarda formalaşmış, öz kimliyinə malik etno-sosial cəmiyyətin tarixin gedişi zamanı yaratdığı və Ağqoyunlu, Qaraqoyunlu, xüsusilə Səfəvilər kimi imperiya dövlətlərinin davamı və dövlətçilik irsinin bərpası üzərində qurulub.

Görüş interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025