“Xocalı faciəsi əcnəbi tələbələrin gözü ilə”

24/02/2022

Bakı Dövlət Universitetinin Tədrisin Təşkili və İdarəolunması Mərkəzinin Hazırlıq sektorunun tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalı faciəsi əcnəbi tələbələrin gözü ilə” adlı ədəbi-musiqili tədbir keçirilib.

Tədbir əcnəbi tələbələrin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dosenti Boran Əziz Xocalı soyqırımı haqqında məruzə edib, bu faciənin tək Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayıb.

Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova “Qarabağ şikəstəsi” və “Laylay, Xocalım” mahnılarını ifa edib.

Xarici tələbələrin ifasında “Xocalım, ay Xocalım” kompozisiyası nümayiş edilib.

Daha sonra Çin və Türkiyədən olan əcnəbi tələbələr “Sarı gəlin”, “Annem” mahnılarını, “”Gedək gəzək Xocalını”, “Şəhidlərə”, “Xocalı”, “Xocalı yası”, “Qanlar yerdə qalmadı” şeirlərini ifa ediblər.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026