"Xocalısız 26 il" adlı anım tədbiri keçirilib
26/02/2018
Biologiya fakültəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalısız 26 il" adlı anım tədbiri keçirilib.Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra fakültə Tələbə Gənclər Təşkilatı tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. M.Ə.Sabir Fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli, şair-publisist, dosent Anar Məmmədov və kafedra müdiri, professor Xudaverdi Qənbərov çıxış edərək Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış soyqırımın dəhşətlərindən bəhs ediblər.
Sonda fakültənin II kurs tələbəsi Rəşad Yaqublu və fakültə Tələbə Gənclər Təşkilatının sədr müavini Arifə Məmmədbəyovanın çıxışları dinlənilib.
Mətbuat və informasiya şöbəsi, 26 fevral 2018-ci il.
Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
