“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təqdimat keçirilib

24/02/2020

Bakı Dövlət Universitetində (BDU) “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində təqdimat keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva 28 il əvvəl baş vermiş faciənin ermənilər tərəfindən xalqımıza qarşı aparılan düşmənçilik siyasətinin tərkib hissəsi olduğunu bildirib: “Xocalıda azərbaycanlılara qarşı törətdilən qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ədalətin bərpasına xidmət etməklə yanaşı, dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır”.

“Xocalıya Ədalət!” kampaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyev Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində həyata keçirilən fəaliyyət, soyqırım haqqında hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri barədə təqdimatla çıxış edib. Kampaniya çərçivəsində aparılan işlərin müsbət nəticələrini də qeyd edən C.Fərzəliyev Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən dövlətlərin sayının getdikcə artdığını bildirib.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Əlavə edək ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayıb. Azərbaycanın hüdudlarından kənarda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniya bir neçə layihə və tədbirlər həyata keçirib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026