İxtisaslaşdırılmış elmi şuralarda magistr dissertasiyaları müdafiə olunub

02/03/2015

Bu il Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini Beynəlxalq iqtisadi münasibətlər, Gömrük işi, İqtisadi nəzəriyyə, Azərbaycanda siyasi proseslər, Milli təhlükəsizlik və siyasi strategiya, Beynəlxalq münasibətlər ixtisaslaşmaları üzrə 14 qiyabi magistr bitirir. Biri xarici vətəndaş olmaqla, magstrlər İxtisaslaşdırılmış Müdafiə Şuralarında dissertasiya müdafiəsinə buraxılıb.
Müdafiə İqtisadiyyat və idarəetmə kafedrasında baş tutub. Kafedra müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov iddiaçıları təbrik edərək, dissertasiyaların hazırlanması zamanı qarşılaşdıqları çətinliklərə baxmayaraqburaxılış işlərinin yüksək səviyyədə başa çatdırıldığını qeyd edib. Şurada iştirak edən professor-müəllim heyəti də elmi işləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ixtisaslaşdırılmış elmi şuraların Azərbaycanda siyasi proseslər və Milli təhlükəsizlik və siyasi strategiya ixtisaslaşmaları üzrə sədri professor Əli Əhmədov, Beynəlxalq münasibətlər ixtisaslaşması üzrə sədri professor Ağalar Abbasbəyli, İqtisadi nəzəriyyə, Gömük işinin təşkili və Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşmaları üzrə sədri professor Amil Məhərrəmovdur.

Mətbuat və İnformasiya şöbəsi, 02 mart 2015-cü il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026