XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

26/05/2025

Bakı Dövlət Universitetində (BDU) V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında mayın 19-da keçirilən seçmə imtahanının nəticələrinə əsasən, XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA 2025) ölkəmizi təmsil edəcək 5 nəfərlik komandanın üzvləri müəyyənləşib.

Komanda üzvləri aşağıdakılardır:

- Oqtay Lətifli – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi;
- Məhəmməd Cəfərli – Bakı şəhəri, Texniki Humanitar Liseyin X sinif şagirdi;
- Raiq Babazadə – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi;
- Elvin Məcidov – Bakı şəhəri, 39 nömrəli tam orta məktəbin X sinif şagirdi;
- Aqil Güləliyev – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi.

Qeyd edək ki, XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası 10-20 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçiriləcək.

Azərbaycan komandası builki Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

Ölkəmizi təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026