“Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları BDU-da olub

23/10/2019

Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin “Biomüxtəliflilik, ekosistem xidmətləri və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi” mövzusunda plenar sessiya keçirilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açaraq 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetində ekoloji təhsil və maarifləndirmə sahəsində aparılan yeniliklər və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanda ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərildiyini bildirən rektor layihənin ekologiya sahəsində çalışan mütəxəssislər arasında çoxtərəfli əlaqələrin qurulmasına əsas verəcəyini vurğulayıb.

"Ekosfera" Sosial-ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək, təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanıblar.

Sonda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin maddi-texniki bazası tanış olub, Nano Araşdırmalar Mərkəzi, Təkamül müzeyində olublar.

Qeyd edək ki, 9 ölkədən 18-25 yaş aralığında 100 nəfər gəncin iştirak etdiyi məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və digər mövzularda mühazirələr, seminarlar və ustad dərsləri keçirilir.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026