BDU-da qış imtahan sessiyası başlayır

28/12/2024

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası dekabr ayının 28-də başlamaqla beş həftə müddətində keçiriləcək. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.

Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci ilin fevral ayının 3-dən 7-dək şərait yaradılacaq.

Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026