Yanvarın 7-dən BDU-da qış imtahan sessiyası başlayacaq
29/12/2023
Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 7-də başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.
Xəbərlər
BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
BDU tələbələri Zəfər muzeyində
BDU tələbələri Zəfər muzeyində
BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
