YAP-ın 20 illiyi ilə əlaqədar futbol komandaları arasında açılış mərasimi keçirilib

15/10/2012

Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar olaraq YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında açılış mərasimi keçirilib.

Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir» deyən rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Akademik ulu öndərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb. Eyni zamanda ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından da söz açıb.
Rektorun çıxışından o da məlum olub ki, mübarizə 12 komanda arasında 3 qrupda davam edəcək. 1-ci yerə çıxan komandaya 1200, 2-ci yerinə qalibinə 900, 3-cü yerin qalibinə isə 600 manat pul mükafatı və hədiyyələr təqdim ediləcək.
Sonra Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında oyun başlayıb və 1:0 hesabı ilə BDU komandasının xeyrinə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 15 oktyabr 2012-ci il.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026