Yapon günü

07/04/2009

1 Aprel 2009-cu il tarixində saat 1130-da BDU-nun böyük akt zalında Yaponiyanın Azərbaycandakı səfirinin, “Beynəlxalq proqramlar” şöbəsinin və Şərqşünaslıq fakültəsinin birgə təşəbbüsü ilə “Yapon günü” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Elmi İşlər üzrə prorektor prof.İ.Əliyev açdı və qonaqları salamladı.Tədbir çərçivəsindəYaponiyanın Azərbaycandakı səfirinin I katibi Toşio Matsumura tərəfində “Yaponiyaya xoş gəlmisiniz” adlı təqdimetmə mərasimi həyata keçirildi və sərgi nümayiş olundu. Təqdimetmə mərasimində cənab T.Matsumura Yaponiyanın tarixi və adət-ənənələri barədə, eyni zamanda samurayların mənşəyi və Yaponiyada gözəllik rəmzi olan sakura ağacı haqda qonaqlara qısa məlumat verdi. O, çıxışında xüsusilə vurğuladı ki, Yaponiyada belə bir deyim var – “əgər evdə oğlan uşağı olarsa samuraya, qız uşağı olarsa sakura ağacına bənzəsin”. Sərgidə iştirakçılar üçün ənənəvi çay mərasimi təşkil olundu, bununla bərabər qonaqlar Yapon milli geyimləri, oyuncaqları ilə, o cümlədən çərpələnglə, oriqami və koliqrafiya ilə yaxından tanış oldular. Tədbirin sonunda “Nittaboh” adlı animasiya filmi nümayiş olundu.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026