Yaponiya parlamentinin üzvü, xanIm Akiko Yamanaka BDU-da oldu

09/06/2008

Təhsilin Avropa dəyərlərinə inteqrasiyası həm də Şərqlə qərbin bir-birinə inteqrasiyası üzərində qurulur. Yaponiya kimi inkişaf etmiş bir dövlətlə elmi əlaqələr qurmaq, ən müasir texnologiyaları vətənə gətirmək indi dünyanın inkişaf etmiş dövlətlərinin belə maraq dairəsindədir. Yaponiyanın Azərbaycana marağının mahiyyətində isə heç şübhəsiz ki, milli-mənəvi dəyərləri, maddi-mədəniyyət inciləri, elmi yenililkləri ilə bəşəri dəyərlərə töhfələr verən bir ölkəyə sayğı ilə bağlıdır. Bu fikirlər Yaponiya parlamentinin üzvü, xanım Akiko Yamanakanın Universitetə səfəri zamanı bir daha vurğulandı. Xanım qonağı beynəlxalq əlaqələr otağında qarşılayan rektor, akademik Abel Məhərrəmov BDU-nun Yaponiyanın bir çox elm ocaqları ilə əlaqələr qurduğunu xatırladaraq, həm də millət vəkili olaraq xanım qonağı salamlamaqdan məmnun olduğunu bildirdi.

Yaponiya Azərbaycan əlaqələrinin inkişafında Yaponiya parlamentinin xüsusi xidmətlərinin olduğunu qeyd edən rektor, Azərbaycan - Yaponiya parlementlər arası əlaqələr qrupunun sədri kimi gördüyü işlərdən danışaraq, qarşıda duran məsələləri də müzakirə etdi. Qonağa hədiyyələr təqdim edən rektor, xanım Akiko Yamanakanın da hədiyyələrini ehtiramla qəbul etdi. Sonra qonaq BDU-nun elmi kitabxanasında beynəlxalq huquq və beynəlxalq münasibətlər, tarix, şərqşünaslıq, jurnalistika və kimya fakültələrinin tələbələri qarşısında «Sülhün bərqərar olunması» mövzusunda mühazirə oxudu. Sonra o, müəllimləri və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandıraraq qeyd etdi: «Azərbaycanı ziyarətimdən məmnunam. BDU kimi inkişaf etmiş bir təhsil ocağında olmaqdan qürur duydum!»

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026