BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün Yaponiyada 10 günlük təcrübə imkanı

31/07/2023

Yaponiyanın Dostluq Əlaqələri Proqramı ("MIRAI") Avropa, Mərkəzi Asiya və Qafqazdan olan Diplomatiya, Təhlükəsizlik siyasəti, İqtisadiyyat, Elm və texnologiya, İncəsənət və mədəniyyət, Beynəlxalq əlaqələr, Ətraf mühit elmləri, Strateji inkişafla bağlı tədqiqatlar, Asiya ilə bağlı  tədqiqatlar aparan perspektivli gənc liderlərdən ibarət qrupları dəvət edir. Proqram 10 gün davam edəcək.

Yaponiyada təcrübə mübadiləsi proqramına müraciət etmək istəyənlərdən aşağıda qeyd olunan sənədləri düzgün şəkildə linkə (https://jice.form.kintoneapp.com/public/mirai-v-2023)  yerləşdirmələri tələb olunur:

  • Pasportunun foto səhifəsi yükləməlidir (surət aydın, səhifədə tam şəkildə oxunmalıdır);
  • Proqrama müraciət etməzdən əvvəl “Anlaşma məktubunda” təsvir olunan şərtləri diqqətlə oxumalı, onları imzalamalı və yükləməlidir;
  • Proqrama müraciət etməzdən əvvəl layihənin məxfilik siyasətinə dair qaydaları oxumalı, imzalamalı və yükləməlidir;
  • Universitetdən alınan “Akademik transkript” və ya “Qeydiyyata qəbul haqqında şəhadətnamə”ni təqdim etməlidir. (Qeyd :Gənc mütəxəssislərin “Akademik transkript” və ya “Qeydiyyata qəbul haqqında şəhadətnamə”ni təqdim etmələri tələb olunmur).
  • Son üç ay ərzində çəkilmiş şəkil;
  • Magistr/bakalavr tələbəsi və ya gənc mütəxəssis olmaq;
  • Müvafiq mövzuları həmkarları ilə müzakirə etmək üçün ingilis dilini qənaətbəxş səviyyədə bilmək;
  • Yaş həddi: 20-30 yaş arası.

Tədris ingilis dilində aparılacaq.

Sülh quruculuğu, Diplomatiya və təhlükəsizlik siyasəti, İqtisadiyyat və biznes, Elm və texnologiya, Ətraf mühit proqramları üçün son qəbul tarixi 20 avqust, Qanun və qayda, Regionları və mədəniyyətləri kəşf (onlayn) proqramları üçün isə 30 avqustdur.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025