Yaponiyalı qonaq BDU-da tələbələrlə görüşüb

05/05/2015

Yaponiya Baş nazirinin müavini və Maliyyə naziri  Taro Asonun xanımı Çikako Aso Bakı Dövlət Universitetində yapon dilini öyrənən tələbələrlə görüşüb.

Görüşdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, Uzaq Şərq dilləri kafedrasının müdiri Oqtay Cəlilbəyli, Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində yapon dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri  prorektor, professor İradə Əliyeva açaraq qonaqlara universitet haqqında məlumat verib, onun tarixi, beynəlxalq əlaqələri və bu sahədə görülən işlər barədə danışıb.

Sonra tələbələr təqdimatlarla çıxış ediblər və yapon mahnısı “Cidai”ni ifa ediblər. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi 05 may 2015-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026