Yaponiyalı tədqiqatçı BDU-da olub

27/06/2013

Bu gün Yaponiyanın Torpaq və Nəqliyyat Nazirliyinin turizm komitəsinin üzvü, “Kuşiro Şimbun” jurnalının müşaviri İtaru İşi Bakı Dövlət Universitetində olub.

Rektor, akademik Abel Məhərrəmovla görüşən qonaq səfərinin məqsədi haqqında danışıb. Deyib ki, ilk səfərində universitetin şərqşünaslıq fakültəsinin yapon dili kafedrasında olub və ömürlərində bir dəfə də olsun Yaponiyada olmayan, orada təcrübə keçməyən tələblərin dil biliklərinin çox yüksək  səviyyədə olmasından məmnun qalıb. Bu səfərində isə ümumən BDU haqqında araşdırma yazısı hazırlamaq və Bakı haqqında yazdığı kitaba bu məlumatları daxil etməkdir.

Rektor Abel Məhərrəmov öz növbəsində tədqiqatçı İtaru İşinin təkliflərinin dəyərləndirib və onun maraqlandığı suallara cavab verib. Sonradan tədqiqatçı jurnalist BDU-nun elmi laboratoriyalarında və mərkəzlərində olub.

Mətbuat və İnformasiya şöbəsi, 27 iyun 2013.


Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026