Yaponiyanın Kumamoto Universitetinin professoru BDU-da olub

12/06/2018

Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmovun Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara ilə görüşü olub.  Qonağı yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin önəmindən bəhs edib.  Görüş zamanı birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universiteti və  BDU arasında  tələbə, magistr və doktorantların mübadilə məsələləri müzakirə edilib.

Sonra Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara Nanoaraşdırmalar Mərkəzində olub.  Fizika fakültəsinin dekanı, professor  Məhəmmədəli Ramazanov son illər əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumat verdikdən sonra mərkəzin əməkdaşı, doktorant Almara Rəhimlinin Yaponiyaya səfəri zamanı aparacağı tədqiqat işlərinin  konturları müzakirə edilib. Doktorantın  Silisium Dioksid nanohissəciklərinin səthinin monomerin polimerləşməsi nəticəsində polimer örtüklə örtülməsi və daha sonra termik işlənmə nəticəsində karbonlaşması məsələləri ilə məşğul  olacağı qeyd edilib, gələcəkdə bu tip maddələrin səthində dərman maddələrinin yerləşdirilməsi və dərman maddələrinin ünvanlı daşınmasında tətbiqinin mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bu cür polimerlərin lüminessensiya materialı kimi tətbiqinin geniş olduğu bildirilib, gələcəkdə xərçəng hüceyrələrinə dərman maddələrinin daşınması məqsədilə bu texnologiyadan istifadə edərək dəmir-oksidin səthinin də karbonlaşdırılması və dərman maddələrinin nanohissəciklərin səthinə tikilməsi barədə diskussiya aparılıb və müəyyən razılığa gəlinib.

Qeyd  edək ki, Nanoaraşdırmalar Mərkəzinin  daha bir əməkdaşı Yaponiyanın Kumamoto Universitetində ciddi tətbiqi xarakterli fundamental tədqiqat işi aparıb.

Mətbuat və informasiya şöbəsi, 12 iyun 2018-ci il



Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026