Yaponiyanın Tsukuba Universitetinin professorları BDU-da olublar

19/02/2025

Yaponiyanın Tsukuba Universitetinin professorları Hayate Sotome, Yuji Kajima və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terasava Mitsiko Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar.

Qonaqlarla görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, habelə ortaq akademik proqramların yaradılması sahələrində mühüm irəliləyişlərə yol açacağını qeyd edib.

Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültədə yapon dilinin öyrənilməsinin mövcud vəziyyəti və perspektivləri haqqında məlumat verib. O, iki universitet arasında əməkdaşlığın bu sahənin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Müzakirələr zamanı gələcək əməkdaşlıq sahələri və planları barədə də fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar BDU tələbələrinə Yaponiyada təhsil almaq imkanlarına dair infosessiya keçiriblər.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026