YaponiyanınTokyo Boeki şirkətinin nümayəndələri BDU-da olublar

08/11/2013

Yaponiyanın Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketing şöbəsinin direktoru Keiji Takigawa, Tokyo Boeki şirkətinin Ukrayna ofisinin idarə edici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində olublar. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkib və Tokyo Boyko şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar laboratoriyasında onlara professor  Məmmədəli Ramazanov cihazların texniki vəziyyəti və bu cuhazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib. Sonra qonaqları BDU-nun rektoru, akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün treyning mərkəzi yaratmaq, gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşunaslıq, nanotibb, nanotoksiqologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində danışıqlar aparılıb və razılığa gəlinib. Qeyd edilən istiqamətlərdə treyninqlər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması üçün müzakirələr aparılıb. BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə Tokyo Boeko şirkətinin xüsusi təqaüdünün verilməsi qərara alınıb. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri, skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması üçün xüsusi qurğunun alınması barədə də razılıq əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 08 noyabr 2013-cü il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024