Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb

13/01/2020

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin kafedra müdiri,AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.

Tarix İnstitutunun Elmi Şuranın iclasında Yaqub Mahmudova mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketi təqdim edilib.

Qeyd edək ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026