BDU-da Türkiyənin “Temrin” dərgisinin professor Şirməmməd Hüseynova həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib

07/04/2022

Bakı Dövlət Universitetində (BDU) Türkiyədə nəşr olunan “Temrin” dərgisinin görkəmli Azərbaycan alimi, maarifçisi və pedaqoqu, professor Şirməmməd  Hüseynova həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev  “Temrin” dərgisinin növbəti nömrəsinin bütün ömrünü milli mətbuatımızın tədqiqinə həsr edən Şirməmməd Hüseynova həsr olunmasının əlamətdar hadisə olduğunu deyib: “Şirməmməd Hüseynov əsl vətəndaş idi. O, bütün ömrünü Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət edib, çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətlər göstərib. Şirməmməd müəllim deyəndə yada həm də ömrünün 60 ilini Bakı Dövlət Universitetinə bağlamış və minlərlə jurnalistin müəllimi olmuş əsl ziyalı, dürüst və ləyaqətli insan düşür. Bütün bu keyfiyyətlər Şirməmməd müəllimin hamı tərəfindən sevilməsini şərtləndirirdi”.

Rektor vurğulayıb ki, Şirməmməd Hüseynovun Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Elmi fəaliyyətini Azərbaycan mətbuat tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. O, bir sıra dövlət mükafatlarına layiq görülüb, Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin  sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, şair, tərcüməçi Sayman Aruz, BDU-nun professoru Qulu Məhərrəmli, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, dekan müavini Samir Xalidoğlu çıxışlarında Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüblər, onun gənc jurnalistlərin milli təəssübkeşlik, obyektivlik və prinsipiallıq ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu qeyd ediblər.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026