Bakı Dövlət Universitetində Kitab Evi açılıb

28/04/2022

Bakı Dövlət Universitetində Kitab Evi açılıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Kitab Evi tələbə və əməkdaşların üz tutduqları əsas məkanlardan biri olacaq. Burada tələbələr elmin müxtəlif sahələrinə aid kitablar ala biləcəklər: “Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, böyük Zəfərimizlə bağlı kitablar, eləcə də dəftərxana ləvazimatları əldə etmək mümkündür. Tələbələr tədris prosesində lazım olan bütün dərslik və vəsaitləri burada sifariş verə bilərlər. Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq. Kitabların məzmunu və keyfiyyəti ilə bağlı tələbələrin rəyləri nəzərə alınacaq”.

Elçin Babayev BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını vurğulayıb: “Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”.

Xəbərlər

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır
06/07/2026

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub
06/07/2026

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır
06/07/2026