Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

04/04/2012

Multimedia Mərkəzi bildirir ki, “Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində hazırlanan tədris modulları üzərində işlər bitmək üzrədir. Artıq yeni media ilə əlaqəli 5 fənnin tədris proqramlarının layihəsi müzakirəyə çıxarmaq üçün hazırdır.

Yeni medianın tədris modulları hazırlanarkən beynəlxalq təcrübə öyrənilib, ölkənin yeni media bazarında kadrlara olan tələb-təklif münasibətləri araşdırılıb və ekspertlər arasında sorğular keçirilib. Tədris modullarının strukturu təhsil sahəsi ilə əlaqəli mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunub.  Hər bir  yeni media fənni üzrə kursun təsviri, məqsəd və vəzifələri, mövzular, sual-tapşırıqlar , qiymətləndirmə və ədəbiyyatlar bölməsi ayrıca  işlənib.

Yeni medianın tədris modelinin  yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfransda geniş müzakirəsi təşkil olunacaq.

Multimedia Mərkəzi bildirir ki , artıq Layihə çərçivəsində hazırlanan Online laboratoriyalar ayrıca domen adı müəyyən edilməklə jurnalistika təhsili verən 8 Universitetə təhvil verilib. Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın (Xəbər portalının) hazırlanmasında məqsəd  jurnalist-tələbələrin praktiki bacarıqlarının artırılmasına şərait yaratmaq və köməklik  göstərməkdir.

Həmçinin , resursu idarə edəcək müəllimlər və tələbələr  üçün Təlimlər keçirilib. Yeni medianın tədrisinə kömək məqsədilə hazırlanan İnternet resurs üzərində işlər də tamamlanmaq üzrədir.

Artıq xəbər verildiyi kimi  layihə çərçivəsində BDU-da  tələbələrin İnternet TV  və İnternet Radio sahəsində praktiki vərdişlər əldə etməsinə köməklik üçün  İnternet TV Studiya yaradılması da nəzərdə tutulub. Hazırda Studiya üçün nəzərdə tutulan otağın tərtibatı yekunlaşmaq üzrədir . Zəruri avadanlıqların xeyli hissəsi ələ olunub. Studiyanın hazırlanması işində BDU-nun rəhbərliyi yaxından köməklik göstərir.

Multimedia Mərkəzi bir daha bildirir ki, Layihə çərçivəsində hazırlanan yeni medianın tədris modullarının və digər məsələlərin  aprel ayının sonunda keçirilməsi nəzərdə tutulan konfransda müzakirəsi təşkil olunacaq.

Mətbuat və informasiya şöbəsi, 04 aprel 2012-ci il.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025