“Yeni Yüzyıl” Universitetinin jurnalistika fakültəsinin dekanı Bakı Dövlət Universitetində olub

15/03/2016

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Türkiyənin “Yeni Yüzyıl” Universitetinin jurnalistika fakültəsinin dekanı professor Aysel Əzizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva qonaqları  fakültədə  görməkdən məmnunluğunu ifadə edib. O, fakültədə son illər əldə olunan nailiyyətlərdən, xarici universitetlərin jurnalistika fakültələri , o cümlədən Türkiyə universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb. Professor Aysel Əziz Bakı Dövlət Universitetinin, həmçinin jurnalistika fakültəsinin qazandığı uğurları təqdir etdiyini və təmsil etdiyi fakültənin də əməkdaşlıqda maraqlı olduğunu bildirib.  Fakültənin professor-müəllim heyəti ilə birgə proqram və layihələrin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. Sonra dekan A.Əziz jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Professorun "Yeni medianın cəmiyyətlərə təsir imkanları" mövzusunda mühazirəsi maraqla dinlənilib.

Qeyd edək ki, görüşdə Yeni Yüzyıl Universitetinin Beynəlxalq Tələbələr Ofisi koordinatoru Gülxan Qaraca, Beynəlxalq Karyera Mərkəzinin direktoru Orxan Həsəonğlu, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio kafedrasının müdiri, dosent Aynur Kərimova, Televiziya və radio studiyasının redaktoru Leyla Rəşid iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 15  mart 2016-cı il.

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10/06/2026