“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

21/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi, “Yüksəliş” müsabiqəsinin finalçısı, eklektik psixoterapiya üzrə supervayzer-psixoterapevt David Poladov Tələbə Mentorluq Proqramı çərçivəsində tələbələr üçün “Qərarvermənin koqnitiv-emosional mexanizmi” mövzusunda təlim keçib.

Təlim zamanı qərarvermə prosesinin yalnız rasional seçimdən ibarət olmadığı, koqnitiv və emosional mexanizmlərin qarşılıqlı təsiri nəticəsində formalaşdığı iştirakçıların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində avtomatik düşüncələrin, koqnitiv təhriflərin və emosional reaksiyaların qərarverməyə təsiri izah olunub. Stres və qeyri-müəyyənlik şəraitində qərarvermə davranışı praktiki nümunələr əsasında təhlil edilib. Təlim iştirakçıları real situasiyalar üzərindən qərarvermə prosesini analiz etmək imkanı əldə ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, David Poladov BDU-nun SABAH qruplarının “Psixologiya” ixtisası üzrə (2016-2020-cı illər) məzunudur.

Xəbərlər

BDU-nun professoru Sabit Məmmədov vəfat edib

BDU-nun professoru Sabit Məmmədov vəfat edib
09/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026