Yubiley mərasimləri qeyd olundu

20/10/2008

Ənənəyə sədaqət hissi ilə günü-gündən inkişaf edən Universitetimizdə ömrünü auditoriyalarda şam kimi əridən müəllimlərə, pedaqoq alimlərə həmişə ehtiram olub. Oktyabrın 20-də rektor, akademik Abel Məhərrəmovun iş otağında açılan süfrə, təşkil olunan qəbul da dediklərimizə nümunədir. Yeni tədris ilinin ilk ayında yubilyarlarla görüşən, onların elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı xoş sözlər söyləyən rektor, sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri professor Nübar Muxtarovanı, tarix fakültəsinin professoru Arif Mustafayevi, coğrafiya fakültəsinin kafedra müdiri professor Həbibə Soltanovanı, mexanika riyaziyyat fakültəsinin professoru Sabir Mirzəyevi, Böyük Elmi Şuranın elmi katibi, kimya fakültəsinin professoru Teymur İlyaslının, coğrafiya fakültəsinin professoru Cabir Məmmədovu, tarix fakültəsinin professoru Məmməd Fətəliyevi, coğrafiya fakültəsinin dosenti Telman Xəlilovu, pedaqoqika kafedrasının dosenti Safura Allahverdiyevanı təbrik edərək onların universitetin inkişafında, ali təhsilli kadrların hazırlanması istiqamətində görülən işlərdəki xidmətlərindən danışdı.

Eyni aylara təsadüf edən yubileylərin bir ayda qeyd olunmasını xoş bir hadisə – respublikamızda keçirilən Prezident seçkiləri, gərgin iş qrafiki ilə başlayan rektor alimləri yubileyləri və münasibəti ilə bağlı təbrik etdi. Görüşün son olmadığını, bundan sonra da rektorluq tərəfindən ömrünü elmin, təhsilin inkişafına həsr edən alimlərin diqqət və qayğı ilə əhatə olunacağını bildirən akademik Abel Məhərrəmov yubilyarlara hədiyyələr təqdim etdi. Fəxri fərmanlar, çiçək dəstələri və bir aylıq əmək haqqı ilə mükafatlandırılan ömrünün 60-cı, 70-ci illərini yaşayan ziyalılar rektora minnətdarlığını bildirdilər. Mərasimdə çıxış edən professorlar Müseyib Müseyibov, Hikmət Əlizadə, Şövqi Göyçaylı, Nübar Muxtarova, AHİK-in sədri, dosent Fikrət Şiriyev belə görüşlərin alimlərimizin gələcək fəaliyyətlərinə stimul olduğunu qeyd etdilər. Xatırladaq ki, yubiley mərasimində tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimov, yubilyarların çalışdığı fakültələrin dekanları, kafedra müdirləri iştirak edirdi.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024