Yubileylə bağli müşavirə keçirildi

02/03/2009

Universitetin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı rektor, akademik Abel Məhərrəmovun yanında müşavirə keçirildi. AHİK-in sədri, dosent Fikrət Şiriyev görülən və görüləcək işləri bənd-bənd şərh edərək bildirdi ki, BDU-nun tarixi ilə bağlı Animasiya filmi bir neçə günə yekunlaşdırılaraq rektora təqdim olunacaq. Əsasən "Dünya şöhrətli məzun" filminin kadrları əsasında hazırlanan filmdə müasir, dinamik kadrlardan da istifadə olunub. Yubileylə bağlı hədiyyələr layihəsinin də artıq hazır olduğunu bildirən AHİK sədri BDU-nun tarixi ilə bağlı tədqiqat işlərinin də yekunlaşdığını qeyd etdi. Tarix fakültəsinin magistr və aspirantlarının bu istiqamətdə apardığı tədqiqat işlərinə fakültənin dekanı tarix elmləri doktoru, professor Sani Hacıyevin rəhbərlik etdiyini qeyd edən natiq 1917-ci ildən 1919-cu ilə əqədər BDU-nun quruculuq illəri ilə bağlı faktların çoxunun da artıq dəqiqləşdirildiyini bildirdi. Sonra rektor 90 illik yubileylə bağlı gerçəkləşəcək layihələrin istiqamətini müəyyənləşdirərək onların hər birinə nəzarəti bir struktur rəhbərinə həvalə etdi.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026