İyunun 5-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

22/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor Elçin Babayev gündəlikdə olan məsələləri təqdim edib.

BDU-nun Tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

İclasda 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2023-cü il 17 may tarixli 3-29/32-285F/2023 nömrəli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb. İclasda imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının keçirilməsi zamanı koronavirusa dair göstərişlərə riayət olunması, 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun Dövlət İmtahanlarının 31 may – 01 iyun, təkrar Yekun Dövlət İmtahanlarının isə 20-21 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026