Yunus Əmrə İnstitutunun direktoru “Gənc istedadlar” liseyində olub

19/02/2016

Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində olub. Direktor, professor Qasım Hüseynov liseyin yaranması, fəaliyyəti, şagirdlərin göstəriciləri ilə bağlı məlumat verib.

Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da, öz növbəsində, Türkiyədə fəaliyyət göstərən fənn liseyləri, onların fəaliyyəti və təhsil sistemi haqqında danışıb.

Görüşdə Türkiyənin aparıcı liseyləri ilə “Gənc İstedadlar” arasında əlaqələr, olimpiadaların təşkili, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.

Daha sonra İbrahim Yıldırım professor Qasım Hüseynov və sinif rəhbəri Könül Şahbazovanın iştirakı ilə liseyin 6b sinif şagirdləri ilə görüşüb. Bu günlərdə onların ifasında təqdim olunan “İngilis dili gecəsi” tədbirini sosial mediada izlədiyini və xoş təəssürat aldığını deyən İbrahim Yıldırım şagirdlərin yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirib, onları Yunus Əmrə İnstitutunun tədbirlərində iştiraka dəvət edib.

Mətbuat və informasiya şöbəsi, 19 fevral 2016-cı il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026