Özbək alimləri BDU-da Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə tanış olublar

21/04/2025

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin daha bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Mənəviyyatın əsasları və hüquq təhsili kafedrasının müdiri Nadira Akayeva, həmin kafedranın professorları Marhabo Sobirova və Umida Niğmanova, dosenti Dilorom Xocayeva, Özbək dili və onun tədrisi metodikası kafedrasının professoru Saodat Adilova Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə yaxından tanış olub, elmi-pedaqoji fəaliyyətləri haqqında məlumat verib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva və dosent Rəhilə Quliyeva səfərin əhəmiyyətini yüksək dəyərləndirib, qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri haqqında məlumat veriblər. Görüşdə ortaq akademik tədbirlərin təşkili, xüsusilə metodika sahəsinə dair birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Sonra özbək alimlər Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının hazırda pedaqoji təcrübə keçən II kurs magistrantı Fidan Abdullayevanın “Köməkçi nitq hissələrinin tədrisi” mövzusunda mühazirə dərsində iştirak ediblər.

 

Xəbərlər

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib
07/11/2025

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
07/11/2025

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb
07/11/2025