Özbək alimləri BDU-nun Rus dili kafedrasında qonaq olublar

23/05/2025

Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən Daşkənd Dövlət Universiteti və Səmərqənd Dövlət Pedaqoji Universitetiin alimləri Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasında olublar. Kafedra müdiri, dosent Tahir Əliyev kafedranın tədris proqramları, tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.

O, qonaqları fakültədə nəşr olunan və Ali Attestasiya Komissiyasının (AAK) reyestrinə daxil edilmiş “Dil və ədəbiyyat” adlı beynəlxalq elmi-nəzəri jurnalın fəaliyyəti ilə də tanış edib, jurnalda çap olunan məqalələrin yüksək elmi səviyyəsindən bəhs edib.

Görüş zamanı Özbəkistan universitetləri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. Hər iki tərəf birgə elmi seminarların, konfransların və digər tədris-tədqiqat layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026