BDU Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

24/02/2023

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov imzalayıb.  
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, Mərkəzi Asiyanın lider dövlətinə çevrilən Özbəkistan Azərbaycanın haqq işini həmişə dəstəkləyib. Rektor türkdilli dövlətlər arasında münasibətlərin daha da dərinləşməsində elm-təhsil əlaqələrinin önəmli rola malik olduğunu diqqətə çatdırıb.  
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov da imzalanan müqavilənin elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini bildirib.  
Müqavilədə BDU ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında akademik, inzibati kadrlar, tələbə, magistrant, doktorant və tədqiqatçıların, elmi açıq informasiya və nəşrlərin mübadiləsi, ortaq tədqiqatlar, tədris fəaliyyəti, təlimlərin təşkili əksini tapıb.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026