Özbəkistanlı alim BDU tələbələrinə mühazirə oxuyub

08/05/2025

Özbəkistanın Qo'qon Dövlət Universitetinin dosenti Bekzot Baratbayev Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinə “Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda mühazirə oxuyub.

Dosent Bekzot Baratbayev məruzəsində Özbəkistanda kitab, kitabxana və biblioqrafiya mədəniyyətinin ənənələri və inkişaf istiqamətləri, bu sahədəki tarixi mərhələlər və müasir çağırışlar barədə tələbələrə ətraflı məlumat verib. Natiq kitabxanaçılıq və informasiya fəaliyyəti üzrə kadr hazırlığı sisteminin formalaşma və inkişaf tendensiyalarından, sahənin yeni paradiqmalarından bəhs edərək, Azərbaycan və Özbəkistan təcrübələrini müqayisəli təhlil edib. Məruzədə vurğulanıb ki, hər iki ölkədə bu sahə üzrə təhsil yeni texnologiyalar, rəqəmsal transformasiya və informasiya xidmətlərinin inteqrasiyası kontekstində yenidən strukturlaşdırılır.

Mühazirədə həmçinin sahə üzrə kadr hazırlığında inteqrasiya meylləri, beynəlxalq təcrübə, universitetlərarası əməkdaşlıq modelləri və ortaq layihələrin həyata keçirilməsi kimi mühüm istiqamətlər əksini tapıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026