Özbəkistanlı alim BDU tələbələrinə ustad dərsi keçib

23/04/2025

Daşkənd Dövlət Nəqliyyat Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Jumaniyaz Ramatov Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin ”Fəlsəfə” ixtisasında təhsil alan III kurs tələbələrinə “Fəlsəfi antropologiyanın aktual problemləri” mövzusunda ustad dərsi keçib.

Tədbirdə BDU-nun Fəlsəfə kafedrasının professor-müəllim heyəti, Türk Akademiyasının eksperti, professor Əbülfəz Süleymanlı və Qırğızıstan-Türkiyə Manas Universitetinin Sosiologiya kafedrasının müəllimi, doktor Ali Ünal da iştirak ediblər.

Jumaniyaz Ramatov öz çıxışında antropologiya problemlərinin mühüm idraki-qnoseoloji, metodoloji əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, insan sosial sistemlərin əsas komponenti, ictimai münasibətlərin daşıyıcısı, cəmiyyətin başlıca məhsuldar qüvvəsi, tarixi prosesin subyekti və hərəkətverici qüvvəsi və digər kontekstlərdə tədqiq olunur. Fəlsəfi antropologiya insanın cəmiyyətlə olan əlaqələrini fəlsəfi baxımdan araşdıran bir elm sahəsi kimi çoxsaylı aktual problem və sualları gündəmə gətirir. Jumaniyaz Ramatov fəlsəfi antropologiyada mövcud olan insanın fərdiyyəti və təbiəti məsələsi, azad iradə və determinizm, mədəniyyət və cəmiyyətin insanın təbiətinə təsiri, insanın mənəvi və əxlaqi təbiəti, insan və texnologiyanın əlaqəsi, insanın mövcudluğu və həyatının mənası, həmçinin sosial-mədəni mühitin insanın formalaşmasındakı rolunu qeyd edib.

Ustad dərsində belə mövzuların tələbələrin fəlsəfi düşüncə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onları müasir fəlsəfi problemlərə daha dərindən yanaşmağa sövq etdiyi bildirilib.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026