Özbəkistanın Biznes və Elm Universitetinin nümayəndə heyəti BDU-da

31/10/2025

Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Biznes və Elm Universitetinin prorektoru Dilshod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov qonaqlara Universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, BDU son illər Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalayır, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirir. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Hüseyn Məmmədov qeyd edib ki, BDU-da  Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Özbəkistanın Biznes və Elm Universiteti ilə xüsusilə təbiət və dəqiq elmlər sahələrində geniş elmi əməkdaşlıq imkanları var.

Qonaqlar təmsil etdikləri universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıblar. Azərbaycanın ən köklü universiteti olan BDU ilə əlaqələrin inkişaf edəcəyinə inamlarını ifadə ediblər.

Görüş zamanı birgə elmi konfransların təşkili, elmi-pedaqoji əlaqələrin qurulması, müəllim-tələbə mübadiləsi, ikili diplom proqramlarının tətbiqi kimi məsələlər müzakirə olunub.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026