Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində BDU nümayəndə heyəti ilə görüş

28/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində olub.

Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Dövlət Hüquq Universitetinin gənclərlə iş üzrə prorektoru Axrorxon Xoşimxonov ilə görüşüb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyəti vurğulanıb. Müqavilədə nəzərdə tutulan tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair  fikir mübadiləsi aparılıb. Görüşdə iki universitet arasında beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026