Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

03/05/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor Elçin Babayev ortaq kökə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında bütün səviyyələrdə, o cümlədən təhsil sahəsində uğurlu və dinamik əməkdaşlığın olduğunu deyib. Rektor qonaqlara 105 yaşlı BDU-nun elmi, tədris fəaliyyəti, beynəlxalq əlaqələri, ixtisasları barədə məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın müxtəlif ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. BDU-da kimya, texnologiya, qida təhlükəsizliyi, biotexnologiya istiqamətləri üzrə güclü elmi məktəblər və tədqiqatlar aparılır. Adıçəkilən sahələr BDU-nun əsas elmi prioritetlərindəndir. Bu baxımdan Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlıq iki ölkənin elminə, təhsilinə böyk fayda verə bilər.

Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verib. Azərbaycana səfərinin əsas məqsədinin ölkəmizin elmi, təhsili ilə tanışlıq olduğunu bildirən qonaq BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması və digər məsələlər müzakirə edilib.

Xəbərlər

BDU-da “Zəka pillələri” intellektual oyunu

BDU-da “Zəka pillələri” intellektual oyunu
12/05/2026

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində 

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
12/05/2026

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər
12/05/2026